Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeron rayon Heydər Əliyev Mərkəzində şahmat turnirinin qalibləri mükafatlandırılıb

10.05.2022

Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə tədbirlər davam etdirilib.

Abşeron rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı, Abşeron rayon Gənclər və İdman idarəsinin və Abşeron rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan şahmatçılar arasında təsnifat turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron rayon Heydər Əliyev Mərkəzində reallaşan mükafatlanma mərasimində çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısnın müavini Gülnar Rəhimova yarış iştirakçılarını rayon rəhbərliyi adından salamlayaraq bildirib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanan görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirlər, xüsusi olaraq, məktəblilər arasında bu kimi tədbirlərin keçirilməsi Heydər Əliyev irsinin daha dərindən öyrənilməsinə bir töhvədir.

Tədbirdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti, onun idmana qayğısı haqqında fikirlərini söyləyib. Natiq ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa sadiqlik nümayiş etdirilməsini, Partiyanın Sədri, Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsini, Azərbaycan gəncliyinə və idmanın inkişafına diqqət və qayğı göstərməsini xüsusi ilə nəzərə çatdırıb.

Sonra çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev qeyd edib ki, turnir 9 turdan ibarət olub və İsveçrə sistemi üzrə keçirilib. Turnirdə beş yaş qrupunda 68 şahmatçı mübarizə aparıb. A qrupu üzrə Hacıəliyarova Yaqut I, İslamova Gülnarə II, Heydərli Sevgi III, Bqrupu üzrə isə Məmmədli Miray I, Əlizadə Nadejda II, Qənbərli Nurgül III yerin qalibi olublar.

Çıxışlardan sonra qaliblər diplom, medal və kubokla təltif ediliblər.