29.04.2022
Aprelin 29-u Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı rayon Nümayəndəliyi tərəfindən Birinci Qarabağ müharibəsinin şəhidi Mübariz Nüsrət oğlu İsgəndərovun 50 illim yubileyi münasibətilə “Yubileyin mübarək şəhidim” adlı anım mərasimi keçirilib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev və digər məsul işçilər, YAP-ın Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Qara İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, şəhidin ailə üzvləri iştirak ediblər. Öncə Vətənimiz uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aparıcı şəhidin həyatı haqqında geniş məlumat verdikdən sonra Vasili Əliyev adına Qubadlı rayon Mədəniyyət evi, Mahmudlu kənd Mədəniyyət evi, F.Hüseynov adına Mahmudlu kənd uşaq musiqi məktəbinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub. Mədəniyyət evlərinin dərnək şagirdlərinin ifasında şeirlər söylənilib, kompozisiya nümayiş olunub. Sonda şəhidin ailə üzvləri çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər.