Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rəqs günü ilə əlaqədar tədbir keçirilib

29.04.2022

Aprelin 29-da Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” mədəniyyət evi Beynəlxalq Rəqs Günü ilə əlaqədar “Rəqs sağlamlıq və gözəllikdir” adlı konsert keçirib. Konsertdə “Şahinlər” və “Xəzri” xalq mahnı və rəqs ansambllarının ifasında “Azərbaycan suitası”, “Qaytağı”, “Çarli Çaplin”, “Laçın”, “Vals”,”Switput”(xarici rəqs), “Cəngi”, “Ritm”, “Nəlbəki”, “Uzundərə”, “Ağçiçəyim”, “Çobanlar ”və “Yallı” rəqslərini nümayiş etdiriblər. Konsert tədbir iştirakçılarına yüksək əhval ruhiyyə bəxş edib.