28.04.2022
Aprelin 28-də Xızı rayon İcra Hakimiyyətinin dəstəyi və Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Xızı rayon Nümayəndəliyinin təşkili ilə Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti nümayəndələrinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin iştirakı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunan “Zərif bir insandır gözdə nur kimi” adlı tədbir keçirilib.
Çıxış edənlər Zərifə xanım Əliyevanın yüksək insani keyfiyyətlərindən, səhiyyəmizə, oftolmalogiya elminə verdiyi misilsiz töhfələrdən geniş söhbət açıblar.
Sonda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxış keçirilib.