28.04.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı Rayon Nümayəndəliyində 29 Aprel Beynəlxalq Rəqs Günü ilə əlaqədar “Rəqsin sehirli dünyası” adlı konsert keçirilib.
Tədbirdə Qubadlı Rayon Nümayəndəliyinə tabe olan müəssisələrin işçiləri iştirak ediblər. Aparıcı rəqsin yarandığı gündən bu günə qədər tarixi haqqında məlumat verdikdən sonra Vasili Əliyev adına Rayon Mədəniyyət evinin rəqs dərnəklərinin üzvləri tərəfindən hazırlanan rəqslərdən ibarət konsert təqdim olunub.
Konsertdə milli, xarici və hind rəqsləri ifa edilib.