Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitabxana əməkdaşları tərəfindən Generalın ailəsi ziyarət olunub

26.04.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nizami Gəncəvi adına Kitabxana klubun əməkdaşları və kitabxananın nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin rəhbəri öz şagirdləri ilə birgə Azərbaycanın Milli Qəhrəmanı, General mayor Polad Həşimovun ailəsini ziyarət ediblər.

Generalın anası Səmayə xanım oğlunun xatirələrini  bölüşərək onun uşaqlıq illərindən, döyüş yolundan bəhs edib.

Şagirdlərin şəhidimiz haqqında verdikləri sualları cavablandıran Səmayə xanım onlara  öz tövsiyələrini verib.

Sonda rəsm dərnəyini rəhbəri Günel Aslanova öz əl işi olan Polad Həşimovun portretini ailəsinə hədiyyə edib.