26.04.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Böyük Britaniya-Avstriya-İtaliya-Qazaxıstanda onlayn formatda keçirilən “Euro Stars” II Beynəlxalq incəsənət müsabiqə -festivalda iştirak ediblər.
Müsabiqə-festivalda fortepiano şöbəsinin 2-ci sinif şagirdi Adil Aqil oğlu Hüseynli, 3-cü sinif şagirdi Dəniz Məzahir qızı Həşimzadə I dərcəli Laureat, 6-cı sinif şagirdi Fidan Rauf qızı Balamiyeva III dərcəli Laureat adını qazanaraq diplomla mükafatlandırılıblar.
Şagirdləri müsabiqəyə müəllimləri Zəhra Osmanova hazırlayıb.