26.04.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin 5-ci sinif şagirdi Oruc Babazadə Türkiyə və İsveçrənin birgə təşkilatçılığı ilə onlayn formatda keçirilən "CA ACCORD" 3-cü Beynəlxalq musiqi müsabiqəsində 2-ci yerə layiq görülüb.
Tar müəllimi Emin Məmmədli şagirdinin nəaliyyətinə görə "Təşəkkürnamə" ilə təltif edilib.