25.04.2022
Abşeron rayon Xırdalan şəhər Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında "Oxu günü - 8" adlı sərgi-festival keçirilib. Ümumdünya Kitab və Müəllif hüququ günü münasibətilə düzənlənən və Abşeron rayon İcra Hakimiyyətinin, "Azərbaycan Nəşriyyatı Assosiasiyası" İctimai Birliyinin, "Hədəf Nəşrləri" nin təşkilatçılığı ilə baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, akademiklər, millət vəkilləri, tanınmış yazıçılar və rayon ictimaiyyəti iştirak edib. Qonaqlar əvvəlcə yazıçı, şair, publisistlər, eləcə də nəşriyyatların çap etdirdikləri kitab, jurnal və qəzet stendlərinə baxış keçirib, müəlliflərlə birbaşa dialoq qurub, diqqət və maraqlarını çəkən kitablar haqqında maraqlanıblar.
Tədbirdə çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev "Oxu günü" nün əhəmiyyətini, bu festivalın kitabın, mütaliənin təbliğatında böyük rol oynadığını qeyd edərək, bu kimi tədbirlərin keçirilməsinə lazımi dəstəyin göstərəcəyini vurğulayıb. Sonra Abşeron rayon İncəsənət xadimlərinin ifasında bir-birindən maraqlı ifalar səslənib. Tədbir ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.