19.04.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt şəhərinin Tarixi Muzeyinin kollektivi qazi Qəhrəman Nəriman oğlu Ağacanovun ailəsini ziyarət ediblər.
Ağacanov Qəhrəman 24 oktyabr 2000-ci ildə Sumqayıt şəhərində anadan olub. Qəhrəman 3 iyul 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Müharibə başlayanda Füzuliyə göndərilib, artilleriya topçusu olub. Qazimiz Füzulidən Şuşaya qədər şərəfli döyüş yolu keçib. Qəhrəman döyüş zamanı verilən bütün təlimatları yerinə yetirmiş və komandirin bütün əmrlərinə əməl edərək nümunəvi əsgər olmuşdur. Cəsur savaşçı 8 noyabr-Şuşanın azad edildiyi gün yaralanıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Qəhrəman Ağacanov “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Görüş zamanı qazimiz muzey kollektivinə 44 günlük Vətən Müharibəsi dövründə keçdiyi şərəfli döyüş yolundan söz açıb. Qazimiz göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkür edib.
Sonda xatirə şəkilləri çəkilib.
Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin!