Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəngilan rayon Mədəniyyət evində konsert təşkil edilib

19.04.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Zəngilan rayon Mədəniyyət evində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin Şuşa ili elan edilməsi ilə bağlı imzaladığı Sərəncamın icarası ilə əlaqədar olaraq “Zaqafqaziyanın Konservatoriyası” adlı konsert proqramı keçirilib.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadənin və Zəngilan rayon mədəniyyət işçilərinin iştirakı ilə keçirilən tədbirdə uşaq musiqi məktəblərinin hazırladığı musiqi nömrələri nümayiş  olunub.

"Heyratı" ritmik muğamı, M.Maqomayev "Radio marşı", "Ruhani", "Xudayar təsnifi", "Şahnaz" rəngi, "Şuşanın dağları" xalq mahnısı, "Bu diyarın", "Şən Azərbaycan", “Sizə salam gətirmişəm”, “Sirli Dünya”, “Arazbarı” simfonik musiqisi və.s musiqilər ifa edilib.