Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nərimanovu anırıq” adlı rəsm sərgisi təşkil edilib

15.04.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzi, Bakı şəhəri Nəriman Nərimanovun Xatirə muzeyində onun anadan olmasının 152-ci il dönümünə həsr olunan “Nərimanovu anırıq” adlı rəsm sərgisi təşkil edib. Tədbirdə Nəriman Nərimanovun Xatirə Muzeyinin direktoru Ləman Hüseynova və N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Kifayət Quliyeva N.Nərimanovun həyatı və ədəbi yaradıcılığı, siyasi fəaliyyəti haqqında ətraflı çıxışlar ediblər. Sərgidə N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin nəzdindəki rəsm dərnəyinin üzvləri və dərnəyin rəhbəri Sevinc Həmzəyeva əl işlərinə görə təşəkkürnamə, fəxri-fərman və hədiyyələrlə təltif olunublar.