Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq incəsənət məktəbinin şagirdi İspaniyada keçirilən müsabiqədə iştirak edib

12.04.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe olan Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdi İspaniyada onlayn formatda keçirilən “Frans Listin” Beynəlxalq fortepiano müsabiqəsində iştirak edib.

Müsabiqədə fortepiano şöbəsinin 1-ci sinif şagirdi Zəhra Əsəd qızı Qənbərli 3-cü yerə layiq görülərək sertifikatla təltif edilib.

Şagirdi müsabiqəyə müəllimi Simnarə Şərifova hazırlayıb.