12.04.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Qazaxıstan Respublikasının Nursultan şəhərində onlayn formatda keçirilən “New Art Stars” müsabiqəsində iştirak ediblər.
Müsabiqədə fortepiano şöbəsinin 1-ci sinif şagirdləri Çilənay Anar qızı Hacızadə 3-cü dərəcəli, Sürəyya Mahir qızı Hümbətzadə 2-ci dərəcəli və Mehin İntiqam qızı 1-ci dərəcəli Laureat, 3-cü sinif şagirdi Fidan Seymur qızı Qasımsoy 2-ci dərəcəli Laureat, 5-ci sinif şagirdləri Yaxşıxanım İsmayıl qız Əhmədova Diplomant, Arzu Mahir qızı Şeydayeva isə 2-ci dərəcəli Laureat adını qazanaraq diplomla təltif ediliblər.
Şagirdləri müsabiqəyə müəllimləri Ramilə Rəhimova və Nurlana Həsənova hazırlayıb.