12.04.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa Dövlət Rəsm Qalereyasının kollektivi və Şuşa Mədəniyyət işçiləri Həmkarlar komitəsinin sədri Aprel döyüşlərində fərqlənərək medal qazanan, 44 günlük döyüşlərdə qəhrəmanlıq göstərib şəhid olan mayor Elçin Bayram oğlu Alıyevin ailəsini ziyarət ediblər.
Ailəsi övladları haqqında xatirələrini bölüşüb. Kollektiv də öz növbəsində ailəyə maddi və mənəvi dəstəyini göstərib.
Elçin Alıyev 1975-ci ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub.
1982-ci ildə Qubadlı rayonunda 1-ci sinifə gedib, 1992- ci ildə məktəbi bitirib.1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin Tank və Artleriyya fakültəsinin 1-ci kursuna daxil olub. 1997-ci ildə Taktiki Yerüstü Artilleriya Komandiri və Artilleriyya silahlarının istismarı üzrə mühəndis ixtisaslarını bitirib.
1997-2017-ci illərdə Silahlı Qüvvələrin Cəbhədə yerləşən hərbi hissələrində həqiqi hərbi xidmət keçib.
2016-cı ildə Lələtəpənin azad olunmasında qəhrəmancasına iştirak edib.
Mayor Elçin Alıyev ağır kontizuya aldığı üçün 2017-ci ildə təqaüdə çıxarılıb.
27 sentyabr 2020-ci ildə Qubadlı rayon Hərbi Komissarlığa müraciət edib, onu qeydiyyata almaq istəməsələr də, israr edərək qeydiyyata alınıb, müharibəyə yollanıb.
Noyabrın 7-də Şuşada sinəsindən qəlpə yarası alan qəhrəmanımızı təxliyyə etmək mümkün olmadığı üçün noyabrın 9-da şəhadətə ucalıb.
Noyabrın 12-də Bakıda II Fəxri xiyabanda dəfn edilib.
Ailəli idi, 3 oğul övladını vətənə əmanət qoyub.
Elçin Alıyev 24 illik qüsursuz xidmətinə görə ümumilikdə 11 medalla təltif olunub.
Sonda şəhidimizin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirib.
Allah rəhmət eləsin!