06.04.2022
Aprelin 6-da Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Zəngilan rayon Nümayəndəliyi tərəfindən Aprel şəhidi Müşviq Arif oğlu Orucovun ailəsi ziyarət olunub.
Nümayəndəliyinin baş məsləhətçisi, Zəngilan rayon Mərkəzi Kitabxanasının direktoru, Mincivan qəsəbə uşaq musiqi məktəbinin direktoru tərəfindən şəhidin ailəsinə maddi və mənəvi yardım göstərilib.
Müşviq Orucov 1994-cü ildə Bakıda anadan olub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub, Azərbaycan Texniki Universitetinin avtomatika və kompyuter texnikası fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra Naftalan şəhərində hərbi xidmətdə olan qəhrəmanımız 2016-cı il aprelin 5-də Tərtərdə düşmənlə gedən döyüşlərdə şəhid olub.
Azərbaycan əsgəri ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!