01.04.2022
Martın 31-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı Rayon Nümayəndəliyi, Qubadlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə 31 mart Dünya Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar "Unudulmaz faciə” adlı tədbir keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, Qubadlı Rayon idarə və təşkilatlarının nümayəndələri, Vasili Əliyev adına Rayon Mədəniyyət evinin və Mahmudlu kənd Mədəniyyət evinin işçi kollektivi iştirak edib. Vətən uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hadisə ilə bağlı videoçarx nümayiş olunub.
Çıxış edənlər 1918-ci il 31 mart-2 aprel tarixlərində Azərbaycan xalqının başına gətirilən, misli görünməyən vəhşilik haqqında geniş məlumat veriblər.