Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeron rayon uşaq incəsənət məktəbinin şagirdləri uğur qazanıblar

29.03.2022

Martın 26-27-sində Azərbaycan Gənclər İttifaqi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəqs Assosasiyasınin birgə təşkilatçılığı ilə Şəki şəhərində "Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku-Şəki 2022" müsabiqəsi keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Qobu qəsəbə uşaq incəsənət məktəbinin uğur qazanan şagirdlərinindən solo üzrə Orxan Xəlilzadə, Nisə Baxşiyeva 1-ci dərəcəli, Ağacavad Bayramov, Ağalar Qənizadə, Qorqud Eminli 2-ci dərəcəli, Nurxanım Bayramova, Mehin Eyvazova, Cavidan Məmmədov, Cəsur Məmmədli, Sunay Qarazadə 3-cü dərəcəli, Tamilla Əliyeva və Rəfiqə Bəşirova isə Laureat adını qazanaraq diplomla təltif olunublar.

Rəqs və qarmon qrupu üzrə iştirak edən şagirdlər isə 1-ci dərəcəli Laureat adı ilə mükafatlandırılıblar.