Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqələrdə fəallıq göstərib

20.03.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Dəniz Ceyhun qızı Allahverdi və Leyla Əlövsət qızı Quliyeva Belarusiyanın Minsk şəhərində onlayn formatda keçirilən “Sozvezdiye Evrope-Azia.Winter Tune” adlı Beynəlxalq musiqi festivalında nailiyyət qazanıblar.

Müsabiqədə 3-cü sinif şagirdi L.Quliyeva Laureat adını qazanaraq 1-ci yerə, 1-ci sinif şagirdi D.Allahverdiyeva isə fortepiano ixtisası üzrə öz yaş kateqoriyasında Laureat adını qazanaraq 2-ci yerə layiq görülüb.