Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İdarəyə tabeli müəssisənin şagirdləri müsabiqədə yüksək nailiyyət əldə ediblər

19.03.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qara Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin şagirdləri İspaniyada onlayn formatda keçirilən Beynəlxalq “Valencia Art Test 2022” müsabiqəsində 2-ci sinif şagirdi Səid Zaur oğlu Vəlizadə, 3-cü sinif şagirdi Ayla Anar qızı Pənahova, 4-cü sinif şagirdi Aysu Mehman qızı Məmmədzadə, 5-ci sinif şagirdləri İnci Zaur qızı Vəlizadə və Solmaz Seymur qızı Həsənzadə və 6-cı sinif şagirdi Nəzrin Elxan qızı Rüstəmova öz yaş kateqoriyalarında 1-ci yerin qalibi olublar.

 

Qaliblıri müsabiqəyə müəllimləri Esmira Əliyeva və İradə Bədəlova hazırlayıb.