Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə fəallıq göstərib

17.03.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Nur Vüqar qızı Cəfərli və İsmayıl Emin oğlu Şahbazlı Qazaxıstanda onlayn formatda keçirilən İqor Stravinskinin 140 illiyinə həsr olunan “Divertisment” adlı Piano ifaçılarının 1-ci Beynəlxalq musiqi festivalında nailiyyət qazanıblar.

Müsabiqədə 1-ci sinif şagirdi Nur Cəfərli fortepiano ixtisası üzrə öz yaş kateqoriyasında Laureat adını qazanaraq 1-ci yerə, 3-cü sinif şagirdi İsmayıl Şahbazlı Diplomant adına layiq görülüb.

Şagirdləri festivala müəllimləri Gülbəniz Gülbala qızı Həsənova hazırlayıb.