Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazi ziyarət olunub

17.03.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Əhməd Bakıxanov adına 1 nömrəli uşaq incəsənət məktəbinin kollektivi hal-hazırda xəstəxanada müalicə alan Vətən müharibəsi qazisi Fərid Teymur oğlu Nəsibovun ailəsini ziyarət edib.

Məktəbin müəllimlərinin ziyarət zamanı qazimizin özü ilə söhbət etmək imkanları olmasa da ailəsinə hər zaman maddi, mənəvi dəstək göstəriləcəyini bildirərək Novruz sovqatı ilə bayramlarını təbrik ediblər.