Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Abşeron rayon Mədəniyyət Mərkəzininin müəssisələri tərəfindən şəhid ailəsi yad edilib

17.03.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Mədəniyyət Mərkəzinin filial müəssisələri Novxanı kənd Sənətkarlıq klubu, Fatmayı kənd  Diyarşünaslıq klubu və Ceyranbatan qəsəbə Folklor evinin əməkdaşları Vətən müharibəsi şəhidi Ceyhun Elşad oğlu Useynovun ailəsinə ziyarətı gedib, Novruz bayramı münasibətilə təbrik ediblər.

Şəhidimizin ailəsi onun döyüş yolundan söz açıb, övladlarının göstərdiyi qəhrəmanlıqlara görə qürur hissi keçirdiklərini, onunla fəxr etdiklərini bildiriblər.

Azərbaycan Ordusunun kapitanı olan şəhidimiz Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib, oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Şəhidimiz Abşeron rayonu Novxanı kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Ceyhun Useynov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı", "Şücaətə görə" medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Sonda kollektiv şəhidin ailəsinə bayram sovqatı təqdim ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin!