Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz bayramı münasibətilə konsert keçirilib

16.03.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Səid Rüstəmov adına 3 nömrəli  uşaq incəsənət məktəbində Novruz bayramı münasibətilə konsert təşkil edilib.

Tədbirdə müəllimlərdən ibarət xor kollektivi, fortepiano, tar, saksafon, skripka, akkordeonda musiqi nömrələri və xalq çalğı alətləri ansamblının müşaiyəti ilə mahnılar səslənib.

Nuranə Əhmədovanın ifasında Niyazinin “Arzu” mahnısı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Konsertdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli və Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva iştirak  ediblər.