Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qubadlı şəhər uşaq musiqi məktəbi bayram konserti təşkil edib

15.03.2022

Martın 15-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı şəhər Ə.Mehdiyev adına uşaq musiqi məktəbi tərəfindən  Novruz bayramına həsr olunan “Yurdumuza bahar gəlir” adlı bayram konserti keçirilib.

Konsertdə məktəbin müəllim və şagirdləri çıxış edib, kosa, keçəl, bahar qızı isə konsertə qatılan qonaqlara xoş-əhval ruhiyyə yaşadıb.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov,  Qubadlı rayon Mahmudlu kənd uşaq musiqi məktəbinin direktoru, Qubadlı rayon üzrə Nümayəndiliyinin həmkarlar təşkilatının sədri, Qubadlı rayon Mədəniyyət evinin direktoru iştirak ediblər.