12.03.2022
2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentininin Sərəncamına əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Səməd Vurğun adına Mərkəzi Kitabxanada “Şuşanın dağları başı Vüqarlı” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbir “Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur” adlı videoçarxın nümayişi ilə başlayıb.
Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk olaraq söz Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərliyə verilib. Bayram müəllim Suşa ilinin elan olunması və bu illə bağlı tədbirlərin keçirilməsinə önəm verildiyini, ölkə başçısının qətiyyət və uzaqgörənliyinin nəticəsi olan bu tarixi qərarın əhəmiyyətindən bəhs edib.
Tədbirdə Şuşa şəhərinin azad edilməsində şücaət göstərərək şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızın ailə üzvləri, Vətən müharibəsi qaziləri, Cəbrayıl şəhər uşaq musiqi məktəbinin, Milli Qəhrəman Mətləb Quliyev adına 3 və 5 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Şagirdlərin ifasında Qarabağa, Şuşaya həsr olunan şeir və mahnılar dinlənilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əziz Şuşa sən azadsan” fikri səsləndirildikdən sonra, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova bütün iştirakçılara təşəkkürünü bildirib.