12.03.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən 2022-ci ilin "Şuşa ili" elan edilməsi ilə əlaqədar Heydər Əliyev mərkəzinin və Xidmət sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələrin əl işlərindən ibarət "Qarabağa dönüş" adlı sərgi təşkil olunub.
Qonaqları Mərkəzin tələbələrinin canlandırdığı Xurşidbanu Natəvan və Molla Pənah Vaqif obrazları qarşılayıb.
Sərgidə dərzi ixtisası üzrə təhsil alan tələbələrinin hazırladıqları 18 ədəd Qarabağ milli geyimləri və əl işləri nümayiş olunub. Aşpaz ixtisası üzrə təhsil alan tələbələrin Qarabağ mətbəxinə dair müxtəlif cür əl işləri xüsusi guşədə sərgilənib.
Tədbir müddətində kompyuter operatoru ixtisaslı qrup tələbələri "Qarabağ milli geyimləri", "Mərkəzin fəaliyyəti", "Qarabağ milli mətbəxi" adlı təqdimatlarla çıxış ediblər, rəssam tələbələr əl işlərini təqdim edib, rəqqas tələbələr isə milli oyun havası sədaları altında rəqs ediblər.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, millət vəkili Emil Hacıyev, Peşə Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Nigar İsmayılzadəyə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və Sumqayıt şəhər Gənclər və İdman baş İdarəsinin rəisi Elgün Hümbətov tədbirdə iştirak edərək, sərgi haqqında fikirlərini bildiriblər.