Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Səid Rüstəmov adına uşaq incəsənət məktəbinin növbəti uğuru

12.03.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin 6-cı sinif şagirdi Seyran Vüqar oğlu Haşımzadə və 3-cü sinif şagirdi Gülxar Ramin qızı Hüseynli Amerikada onlayn formatda keçirilən Beynəlxalq “US virtual Piano” adlı müsabiqədə öz yaş kateqoriyasında 3-cü yerə layiq görülərək sertifikatla təltif ediliblər.

Şagirdləri müsabiqəyə müəllimləri Rufana Zülfüqarova hazırlayıb.