Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qubadlı Rayon Nümayəndəliyi tərəfindən Vətən müharibəsi şəhidi anılıb

10.03.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı rayon Mədəniyyət evi tərəfindən Vətən müharibəsinin şəhidi Rüfət Zöhrab oğlu Mustafayevin anım gününə həsr olunan tədbir keçirilib.

Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında təşkil olunan tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverdi Haqverdiyev və digər məsul işçilər, rayon ictimaiyyəti, şəhidin ailə üzvləri iştirak ediblər. Rüfət Mustafayevin keçdiyi şərəfli həyat yolu haqqında geniş məlumat verildikdən sonra vətənin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Sonda mədəniyyət evinin hazırladığı kompozisiya nümayiş olunub, şeirlər söylənilib.