Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqələrdə fəallıq göstərib

10.03.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Aydan Əliyeva və İsmayıl Şahbazlı Belarusiyanın Minsk şəhərində onlayn formatda keçirilən “Sozvezdiye Evrope-Azia.Winter Tune” adlı Beynəlxalq musiqi festivalında nailiyyət qazanıblar.


Müsabiqədə 4-cü sinif şagirdi Aydan Əliyeva fortepiano ixtisası üzrə öz yaş kateqoriyasında Laureat adını qazanaraq 1-ci yerə, 3-cü sinif şagirdi İsmayıl Şahbazlı Laureat adını qazanaraq 2-ci yerə layiq görülüb.

 

Şagirdləri festivala müəllimləri Gülbəniz Həsənova hazırlayıb.