10.03.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe olan Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin şagirdləri Qazaxıstan Respublikasının Nursultan şəhərində onlayn formatda keçirilən Beynəlxalq musiqi müsabiqəsində iştirak ediblər.
Müsabiqədə 2-ci sinif şagirdi Məltəm Akif qızı Əliyeva 1-ci dərəcəli, 1-ci sinif şagirdləri Sürayyə Mahir qızı Hümmətzadə və Mehin İntiqam qızı 2-ci dərəcəli, 7-ci sinif şagirdi Nuray Qasım qızı Məmmədli isə 3-cü dərəcəli Laureat adını qazanaraq diplomla təltif olunublar.
Şagirdləri müsabiqəyə müəllimləri Ramilə Rəhimova və Nurlana Həsənova hazırlayıb.