09.03.2022
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
Rəssamlıq şöbəsinin şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunduqdan sonra tədbir məktəbin müəllimləri və şagirdlərinin ifasında tar, fortepiano, skripka və saz musiqi alətində, xanəndə Əkbər Əkbərov isə gözəl ifaları ilə hər kəsin zövqünü oxşayıb.
Konsert Asəf Amanovun rəhbərliyi ilə “Ümid” rəqs kollektivinin və Əməkdar müəllim Firəngiz Xəlilovanın rəhbərlik etdiyi “Şəfəq“ xor kollektivin çıxışı ilə yekunlaşıb.