Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid anası təbrik edilib

09.03.2022

Sumqayıt Regional Mədəniyyət Idarəsinə tabe olan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Hacı Zeynalabdin qəsəbə kitabxana filialının əməkdaşı tərəfindən Vətən müharibəsi qəhrəmanı Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Qəzənfər Ədalət oğlu Mütəllimovun ailəsinə baş çəkilib.

Şəhid 2018-ci ildən Xüsusi Təyinatlıların təminat qrupunda xidmət edib. 2020-ci ilin sentyabr ayında başlanan Vətən müharibəsində Qəzənfər Mütəllimov Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə igidlik göstərərək oktyabrın 5-də qəhrəmancasına şəhid olub.

Ölümündən sonra "Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin anası 8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etməyi özümüzə borc bildiyini bildirən kitabxana əməkdaşı şəhidin anasına allahdan səbr diləyib, onun övladı ilə fəxr edildiyini bildirib.