Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq müsabiqədə uşaq incəsənət məktəbinin uğuru

06.03.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Səid Rüstəmov adına 3 nömrəli  uşaq incəsənət məktəbinin xanəndə şöbəsinin 3-cü sinif şagirdi  Kamran Sabir oğlu Babayev Qazaxıstan Respublikasının Nursultan şəhərində onlayn formatda keçirilən “Spring Melodies” Beynəlxalq çoxjanrlı müsabiqədə 1-ci dərəcəli Laureat, 3-cü sinif şagirdi Fərid Rəşad oğlu Abdullazadə və 4-cü sinif şagirdi Rövşanə Əhməd qızı Əliyeva isə Qran Pri mükafatına laiq görülüblər.

Şagirdləri müsabiqəyə müəllimləri Rəsmiyyə Abbasova hazırlayıb.