Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xızı rayonu üzrə mədəniyyət müəssisələrində çalışan xanımlar təltif olunub

06.03.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Xızı rayon Heydər Əliyev Mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Mədəniyyət İşçiləri  Həmkarlar İttifaqı Xızı rayon komitəsi tərəfindən rayonun mədəni-ictimai həyatında səmərəli fəaliyyətlərinə görə mədəniyyət müəssisələrində çalışan qadınlara hədiyyələr təqdim edib.

Çıxış edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Xızı rayon üzrə nümayəndə Mönsüm Bağırov Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin adından da tədbir iştirakçılarını təbrik edib.

Sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xızı rayon Komitəsinin sədri və müəssisə rəhbərləri çıxış edərək xanımları təbrik ediblər.

Təltif olunan xanımlar onlara göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığlarını bildiriblər.

Sonda xatirə şəkilləri çəkilib.