Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qara Qarayev adına uşaq musiqi məktəbinin növbəti uğuru

06.03.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qara Qarayev adına 1 nömrəli  uşaq musiqi məktəbinin şagirdləri Belarusiyanın Minsk şəhərində onlayn formatda keçirilən “Qış melodiyası” adlı Beynəlxalq müsabiqədə bir sıra nailiyyətlər qazanıblar. Belə ki, fortepiano şöbəsinin 2-ci sinif şagirdi  Səid Zaur oğlu Vəlizadə, Zəhra Vaqif qızı Kərimova, 3-cü sinif şagidi Ayla Anar qızı Pənahova, Atilla Aqil oğlu Quliyev,Çingiz İqor oğlu Ələsgərov, 4-cü sinif şagirdi Aysu Mehman qızı Məmmədzadə, Mədinə İlqar qızı Qurbanlı, 5-ci sinif şagirdi İnci Zaur qızı Vəlizadə, 6-cı sinif şagirdi Nəzrin Elxan qızı Rüstəmova öz yaş kateqoriyalarında Laureat adını qazanaraq 1-ci yerə layiq görülüblər. Onları müsabiqəyə müəllimləri Esmira Əliyeva, Sevda Ələkbərli, Təranə Eminli hazırlayıb. Onlar xüsusi diploma layiq görülüblər.