Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Qadınlar Günü Zəngilan rayon Mədəniyyət evində də qeyd olunub

06.03.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Zəngilan rayon Mədəniyyət evində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zəngilan rayon komitəsi tərəfindən Zəngilan rayon Mədəniyyət evinin, Zəngilan rayon Tarix diyarşünaslıq muzeyinin direktoru və Bartaz kənd uşaq musiqi məktəbinin xanəndə müəllimi Fəxri fərmanla təltif olunub.

Tədbirdə çıxış edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə nümayəndəsi Mehman Nəsirov qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadın mədəniyyət işçilərini təbrik edərək onlara gül dəstələri və hədiyyələr təqdim edib.  

Təltif olunanlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.