Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qadınlar bir çiçəkdir” adlı bayram tədbiri keçirilib

05.03.2022

Martın 5-də Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə "Dostluq" mədəniyyət evində fəaliyyət göstərən Estrada qrupunun   "Qadınlar bir çiçəkdir" adlı konsert proqramı baş tutub. Konserti açıq elan edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev əvvəlcə bütün qadınları bayram münasibəti ilə təbrik edib, sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı cənab Zakir Fərəcovun 05 mart 2022-ci il tarixli 100 nömrəli sərəncamı ilə mədəniyyət sahəsində çalışan bir neçə xanıma 8 mart- Beynəlxalq Qadınlar günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirakına görə verdiyi fəxri fərmanları təqdim edib. Konsert Estrada qrupunun ifaları ilə davam etdirilib.