Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq incəsənət məktəbi şagirdlərinin uğurları davam edir

01.03.2022

Fevralın 28-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin skripka şöbəsinin 5-ci sinif şagirdi Ayan Abdullayeva və 4-cü sinif şagirdi Azər Quliyev Qazaxıstan Respublikasının Astana şəhərində onlayn formatda keçirilən I Beynəlxalq vokal-musiqi müsabiqəsində  1-ci dərəcəli Laureat adını qazanıb və diplomla mükafatlandırılıblar.

Ayan Abdullayevanı müsabiqəyə müəllimi Violetta Həsənəlizadə,  Azər Quliyevi isə müəllimi Lyudmila Əliyeva hazırlayıb.