22.03.2018
Sumqayıt şəhər F.Əmirov adına uşaq incəsənət məktəbində keçirilən bayram tədbirində
xor kollektivləri, nağaraçalanlar ansamblı, birinci sinif şagirdi Bəyaz Alıyevanın sazda
ifası şənliyə xüsusi rəng qatıb. Məktəbin direktoru Vasif Heydərov şənlik iştirakçılarını təbrik edib, xoş arzularını çatdırıb.
S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində keçirilən tədbir İnci Hüseynzadənin “Novruz bayramı” mahnısını ifa etməsi ilə başlayıb. Xoşqədəm Bağıyeva və Lətifə Mahmudova iştirakçılara Novruz bayramının adət-ənələri,
çərşənbələri haqqında geniş məlumat veriblər. Tədbirə Dədə Qorqudun, bayram
atributları Bahar qızın, Kosa və Keçəlin gəlişi xüsusi rəng qatıb.
Uşaqlar şən musiqi sədaları altında rəqs edib, bahara həsr edilmiş müxtəlif şeirlər,
tapmacalar, yanıltmaclar, hakıştalar söyləyiblər.Uşaqların Kosa və Keçəllə yumurta
döyüşdürmə səhnəsi maraqla izlənilib. Şöbənin müdiri Y.Hüseynova iştirakçıları bayram münasibətilə təbrik edərək onlara xoş
arzularını çatdırıb. Sonda “Elimizə bahar gəlir” başlığı altında sərgi nümayiş olunub.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Bülbülcan adına Şuşa şəhər UMM-də
"Xalq çalğı alətləri" şöbəsi keçirdiyi tədbirdə məktəbin kollektivi və valideynlər iştirak ediblər.
Konsertdə şagirdlərin ifasında xalq mahnıları, Azərbaycan bəstəkarlarının Novruz
bayramına hıəsr etdiyi şən mahnılarmaraqla dinlənilib.