Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qubadlı Rayon Nümayəndəliyində Qarabağ müharibəsinin şəhidi anılıb

28.02.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı Rayon Nümayəndəliyində  Birinci Qarabağ müharibəsində şəhid olan Müslüm Baqı oğlu Cəbrayılovun 50 yaşı qeyd olunub. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Hafiz Quliyev  adına Çaytumas kənd liseyinin müəllim və şagird kollektivi, rayon ictimaiyyəti iştirak ediblər. Əvvəlcə şəhidimiz haqqında tamaşaçılara geniş məlumat verilib, Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Müslüm Baqı oğlu Cəbrayılov 25 fevral 1972-ci il Qubadlı rayonunun Çaytumas kəndində anadan olub. 1988-ci ildə Çaytumas kənd orta məktəbini, sonra isə Xanlıq kənd Texniki-Peşə məktəbini bitirərək, 1990-1992-ci illərdə hərbi xidmətə yollanıb. O, vətənə qayıtdıqdan sonra Milli Ordu sıralarına daxil olub, rayonun ermənistanla sərhəd kəndlərində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak edib. 1993-cü il avqustun 19-da şəhidlik zirvəsinə ucalıb. Qubadlı rayonunun Çaytumas kənd qəbirsanlığında dəfn olunub. Evli idi, övladı yox idi.

Tədbir bir-birinin ardınca Qubadlı Rayon Mədəniyyət evinin hazırladığı şeirlər, muğam parçaları, kompozisiya və şəhidin döyüş yoldaşlarının çıxışları ilə davam etdirilib.