Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitabxanada “Xocalı-qan yaddaşım” adlı anım günü keçirillib

25.02.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ə.Rəsulzadə adına kitabxana filialında Xocalı faciəsinə həsr olunan “Xocalı-qan yaddaşım” adlı tədbirdə 14 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Çıxış edən kitabxananın əməkdaşı Xocalı soyqırımı haqqında iştirakçılara məlumat verib.

Məktəbin kitabxanaçısı Nazilə Eyvazova çıxış edərək bildirib ki, Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görülüb.

 

Tədbirdə vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə, Şuşada Azərbaycan bayrağının dalğalanması dünyaya göstərdi ki, təkcə bizim haqqımızın bərpası deyil, həm də şəhidlərimizin, Xocalı qurbanlarının qisası idi.

 

Sonda şagirdlərin ifasında Xocalı faciəsinə həsr olunan şeirlər dinlənilib.