Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırmının 30-cu ildönümünə həsr edilən tədbir baş tutub

25.02.2022

Fevral 24-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsində "Xocalı harayı" adlı tədbir keçirilib.

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kitabxananın müdiri tariximizə qanlı hərflərlə yazılan Xocalı faciəsi haqqında geniş məlumat verib. Nizami Gəncəvi adına Xankəndi tam orta məktəbin şagirdləri Xocalıya həsr edilən şeirlər söyləyiblər.

Sonda "Xocalı harayı" adlı fotolara baxış keçirilib.