Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qisasın alındı Xocalı” adlı tədbir keçirilib

25.02.2022

Fevralın 24-də Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron rayon Mədəniyyət Mərkəzinin filial müəssisələri Fatmayı kənd Diyarşünaslıq klubunun və Mehdiabad qəsəbə Diyarşünaslıq evinin birgə təşkilatçılığı ilə Mehdiabad qəsəbə Diyarşünaslıq evində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan “Qisasın alındı Xocalı” adlı tədbir təşkil edilib.

Mehdiabad qəsəbə 2 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştiraki ilə keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışçılar ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdiyi soyqırım haqqında, Xocalının qisasının 44 günlük Vətən müharibəsində mərd oğullarımız tərəfindən döyüş meydanında alındığını qeyd ediblər.

Sonda Mehdiabad qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə Fatmayı kənd Diyarşünaslıq klubunun müdiri Afət Nəbiyevanın ssenarisi əsasında hazırlanan “Qisasın alındı Xocalı” adlı kompozisiya nümayiş olunub.