Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”XX əsrin faciəsi” adlı ədəbi bədii kompozisiya təşkil edilib

24.02.2022

Fevralın 22-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan N.Nərimanov adına Mədəniyyət Mərkəzinin, ”28 May” Diyarşünaslıq evi və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Təhsil Mərkəzi (3 saylı peşə liseyi) ilə birgə Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar “XX əsrin faciəsi” adlı ədəbi bədii kompazisiya keçirib. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra aparıcı Xocalı faciəsi haqqında iştirakçılara məlumat verərək 44 günlük müharibəyə və qələbəmizə həsr olunan fləşmob təqdim olunub. Fləşmobda müharibədən əvvəl Xocalıların xoş, firavan həyatı, Xocalı faciəsi və bundan 30 il sonra xalqımızın 44 günlük müharibədə qazanılan qələbəsi “Tənqid-təbliğ” Xalq teatrının həvəskar aktyorları tərəfindən tamaşaçılara təqdim olunub.

Sonda Murad Əliyevin ifasında “Talandı torpağımız” adlı musiqi ifa olunub.