Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində seminar keçirilib

23.02.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin nəzəriyyə şöbəsinin müəllimləri Könül Qəniyeva və Züleyxa Ağalarova seminar keçirib.

Seminarda K.Qəniyeva klassik musiqinin xronologiyası mövzusunda barokko dövrünün bəstəkarları-F.Hendel və İ.S.Baxın həyat və yaradıcılıq yolundan geniş söhbət açıb. Züleyxa Ağalarovanın ifasında isə barokko dövrünün bəstəkarlarının əsərləri təqdim edilib.