Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidimizə həsr edilən “Son nida” kitabının təqdimat mərasimi keçirilib

23.02.2022

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şəhid Rasim Abdullayevin həyat və fəaliyyətini, müxtəlif dövrlərdə qələmə aldığı şeirləri özündə əks etdirən “Son nida” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhidimizn həmyerlisi Kəlbəcər rayonunun sabiq icra başçısı Aqil Məmmədov, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.

Sonra Abşeron məktəbliləri şəhid Rasim Abdullayevin şeirlərini səsləndiriblər.

Şəhidin ailəsi onlara olunan diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildiriblər.