Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətən müharibəsi qəhrəmanının” ailəsi ziyarət edilib

23.02.2022

Fevralın 22-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Nizami Gəncəvi adına Kitabxana klubunun əməkdaşları tərəfindən Vətən müharibəsi qəhrəmanı xüsusi təyinatlı qüvvələrin baş giziri, qrup komandiri şəhid Camal Vidadi oğlu İsmayılovun ailəsinə baş çəkilib.

Kəşfiyyatçı C.İsmayılov 2002-ci ildən etibarən xüsusi təyinatlı qüvvələrdə xidmət edib. 2020-ci il sentyabrda başlanan Vətən müharibəsində qəhrəmanımız Cəbrayıl, Füzuli, Qubadlı rayonları,həmçinin Ərgünəş yüksəkliyi və Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə igidlik göstərərək oktyabrın 19-da Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Vətən müharibəsi qəhrəmanı” adına, "Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!