Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocalı soyqırımı-Unudulmaz faciə” adlı anım tədbiri təşkil edilib

23.02.2022

Fevralın 22-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan C.Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzi, Giləzi qəsəbə Folklor klubu, Şorabad qəsəbə Sənətkarlıq evi və Yeni Yaşma kənd klubunun birgə təşkilatçılığı ilə Giləzi qəsəbə Folklor klubunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar "Xocalı soyqırımı-Unudulmaz faciə" adlı anım tədbiri keçirilib.

İlk növbədə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

C.Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzinin direktoru və digər çıxışçılar Xocalıda baş verənlər haqqında ətraflı məlumat veriblər.

Sonda Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin və Giləzi qəsəbə folklor klubunun birgə hazırladığı faciə qurbanlarının xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib, şagirdlərin ifasında şeirlər səsləndirilib.