Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə uğur əldə ediblər

23.02.2022

Fevralın 22-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur əldə ediblər.

"Z-Group"un təşkilatçılığı ilə Nursultan şəhərində onlayn formatda keçirilən Beynəlxalq “EURO MUSIC" çoxjanrlı müsabiqədə 10-12 yaş arası kateqoriyasında məktəbin fortepiano ixtisası üzrə şagirdi Şəms Quluzadə və Rəna Fuad qızı Quluzadə 1-ci dərəcəli Laureat, skripka ixtisası üzrə Banuçiçək Fuad qızı Quluzadə 1-ci dərəcəli, Ayan Bəhruz qızı Quliyeva isə 3-cü dərəcəli Laureat adını qazanıblar.

Skripka ixtisası üzrə müəllim Ülkər Əlibala qızı Əsgərova və fortepiano ixtisası üzrə müəllim Günay Mahir qızı Həsənli təşəkkürnamə ilə təltif edilib.